Bakıda ağır yol qəzası baş verib, 3 nəfər ölüb, 1 nəfər yaralanıb - FOTO - YENİLƏNİB - VİDEO

Bakıda ağır yol qəzası baş verib, 3 nəfər ölüb, 1 nəfər yaralanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 17 aprel 2015 20:47 (UTC +04:00)

1 saylı Şəhər Kliniki Xəstəxanasından APA-ya verilən məlumata görə, Ziya Bünyadov prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəricəsində Bülbülə qəsəbəsinin sakini, 1954-cü il təvəllüdlü Səlimov Akif Səlim oğlu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.

***

saat 22:04

Bakı. Mahir Məmmədli – APA. Bakıda ağır yol qəzası baş verib, 3 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

APA-nın məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Ziya Bünyadov prospekti ilə Qara Qarayev prospekti istiqamətində yüksək sürətlə hərəkətdə olan “Lifan” markalı minik maşını yolun kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobil iki hissəyə bölünüb. Avtomobildə olan üç nəfər hadisə yerində dünyasını dəyişib, bir nəfər isə ağır xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Hadisə yerində polis əməkdaşları müayinələr aparırlar.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR