G7 ölkələrinin xarici işlər nazirləri Ukraynadakı vəziyyəti müzakirə edəcəklər

G7 ölkələrinin xarici işlər nazirləri Ukraynadakı vəziyyəti müzakirə edəcəklər
# 10 aprel 2015 14:30 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. G7 ölkələrinin xarici işlər nazirləri 14-15 aprel tarixlərində Almaniyanın Lyubek şəhərində keçiriləcək görüşdə Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

APA-nın “RIA Novosti”yə istinadən verdiyi xəbərə görə, Fransanın rəsmi nümayəndəsi Romen Nadal bildirib ki, Lyubekdə Fransa və Almaniya xarici işlər nazirləri həmkarlarını Minsk razılaşmasının yerinə yetirilməsi ilə bağlı son vəziyyət barədə məlumatlandıracaqlar.

“Minsk razılaşmasının tam həyata keçirilməsi üçün hər şey edilməlidir”,- deyə o bildirib.

Xatırladaq ki, fevralın 12-də Minskdə Donbasda atəşkəsin elan olunması, ağır texnikanın geri çəkilməsi və təhlükəsizlik zonasının yaradılması barədə qərar əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR