Raffi Ovanisyan: «Ermənistanda inqilab başlayır»

Raffi Ovanisyan: «Ermənistanda inqilab başlayır»
# 22 fevral 2013 18:51 (UTC +04:00)

Bakı-APA. Ermənistan prezidentliyinə keçmiş namizəd, «İrs» partiyasının lideri Raffi Ovanisyan İrəvandakı mitinqdə çıxış edərkən ölkədə inqilabın başladığını bəyan edib. Bu barədə APA «Novosti-Armeniya»ya istinadən məlumat verir.

Seçkilərin elan olunmuş nəticələrini tanımaqdan imtina edən Ovanisyan sabah Aştarak, Vanadzor, Gümrü və Spitak şəhərlərində mitinq keçirmək fikrindədir. Fevralın 24-də onun tərəfdarları İrəvanda toplaşacaqlar.

Ovanisyan aksiyaların dinc xarakter daşıyacağını iddia edib. Eyni zamanda o xəbərdar edib ki, əgər «əgər aksiyalar güc tətbiqi ilə dağıdılsa, günahkarlar xalq qarşısında cavab verəcəklər».

Ovanisyanın tərəfdarlarından biri olan Stepan Səfəryan gözlənilən inqilabı «salamlaşma inqilabı» adlandırıb. «Cəmiyyət apatiyadan çıxır və inqilab hər kəsin qapısını döyərək salamlaşır», deyə o bildirib. Ovanisyanın cəbhəsində həmçinin inqilaba «ərik inqilabı» adı da verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR