Milli preventiv qrup 15 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçirib

Milli preventiv qrup 15 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçirib
# 30 avqust 2014 08:59 (UTC +04:00)

Bakı - APA. Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsinə uzunmüddətli başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd bu müəssisəyə əvvəlki başçəkmlər zamanı Müvəkkilin verdiyi tövsiyələrin icra vəziyyətinin yoxlanılması, saxlanılma şəraiti, xüsusən də məhkumlara göstərilən tibbi yardım məsələlərinin öyrənilməsi olub. Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.

Fakültativ protokolun tələblərinə uyğun olaraq cərimə təcridxanasına, karantin otağına, yataqxanalara, eyni zamanda sanitar tibb hissəsinə baxış keçirilib, o cümlədən 60-dək məhkum fərdi qaydada qəbul edilmiş, tibbi sənədlər və qeydiyyat kitabları öyrənilib.

Müvəkkil başçəkmənin nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR