Tərcümə Mərkəzi müsabiqənin qaliblərini açıqlayıb

Tərcümə Mərkəzi müsabiqənin qaliblərini açıqlayıb
# 17 mart 2015 10:04 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təsis etdiyi Dəf(i)nə yarpağı” Bədii Tərcümə Mükafatının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, təqdimat mərasimində ədəbiyyat və mədəniyyət xadimləri, tərcüməçilər, media nümayəndələri iştirak edib.

Tərcümə Mərkəzinin rəhbəri Afaq Məsud, tərcüməçi Vilayət Quliyev, Fərid Hüseyn, Cahangir Məmmədli müsabiqənin gedişi və nəticələri ilə bağlı fikirlərini bölüşüblər.

Müsabiqənin nəticəsinə görə, birinci yerə Təvvəkkül Zeynallı, ikinci yerə Akif Əli, üçüncü yerə isə Şərif Ağayar layiq görülüb.

Şeir tərcüməsi nominasiyasında həvəsləndirici mükafat Əlizadə Nuriyə verilib. Nəsr nominasiyasında isə həvəsləndirici mükafata Şəfiqə Şəfa layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR