BŞTİ-dən APA-nın sorğusuna cavab olaraq bildiriblər ki, müsahibədə iştirak etmək üçün sorğu verən 3284 nəfər uşağın 1720-i müsahibə mərhələsindən keçərək vaxtından əvvəl I sinfə qəbul olunub.
Məlumatda bildirilib ki, müsahibədə iştirak etmiş 1287 uşaq müsahibədən keçməyib. Qeydiyyatdan keçən 63 nəfər müsahibəyə gəlməyib.
Məktəbəqədər hazırlıq qruplarını bitirən 750 uşaq sertifikat qazanaraq müsabiqədənkənar I sinfə qəbul üçün müraciət edib.
Müsahibədən keçən uşaqlar avqustun 15-dən etibarən sənədlərini məktəblərə təqdim etməlidirlər.