Medvedev: “Airbus”un qəzaya uğramasında terror aktı versiyası nəzərdən keçirilir"

Medvedev: “Airbus”un qəzaya uğramasında terror aktı versiyası nəzərdən keçirilir"
# 09 noyabr 2015 18:49 (UTC +04:00)

Bakı-APA. Rusiyaya məxsus “Airbus А321” sərnişin təyyarəsinin Misirdə qəzaya uğramasının səbəblərinin araşdırılmasında terror aktı versiyası nəzərdən keçirilir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya baş naziri Dmitri Medvedevin bəyanatında bildirilir.

“Terror aktı ehtimalı, təbii ki, hadisənin səbəbi kimi nəzərdən keçirilir”, deyə Medvedev qeyd edib.

Bununla belə, o qeyd edib ki, faciənin səbəblərinin araşdırılması prosesi hələ də davam edir.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Airbus”un qəzaya uğramasına dair hələ də ilkin nəticələrin olmadığını qeyd edib.

Qeyd edək ki, Böyük Britaniya təyyarənin göyərtəsində terror aktının törədilməsi ehtimalına dair kəşfiyyatın əldə etdiyi məlumatları Rusiyaya təqdim edib.

Xatırladaq ki, Airbus А321” sərnişin təyyarəsinin Misirdə qəzaya uğraması nəticəsində 224 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR