Azərbaycanda bu ilin 9 ayı ərzində 420 min manata yaxın gecikdirilmiş sosial xarakterli ödənişin işçilərə ödənilməsi təmin olunub

Azərbaycanda bu ilin 9 ayı ərzində 420 min manata yaxın gecikdirilmiş sosial xarakterli ödənişin işçilərə ödənilməsi təmin olunub
# 10 oktyabr 2014 07:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) bu ilin yanvar-sentyabr aylarında ümumilikdə 418 207 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödəmələrin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, həmin vəsaitin 388 125 manatını əmək haqları, 19 767 manatını zərərə görə ödənclər, 10 315 manatını isə sosial müavinət və kompensasiyalar təşkil edib.

Qeyd olunan istiqamətdə dövlət nəzarətinin gücləndirilməsi nəticəsində işçilərə əmək haqlarının və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi halları tədricən azalır. Belə ki, hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə gecikdirilmiş əmək haqlarının məbləği 19,1%, gecikdirilmiş zərərə görə ödənclərin məbləği 15,3%, gecikdirilmiş sosial müavinət və kompensasiyaların məbləği isə 34% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR