Bank Of Baku

Lənkəranda mənzildə köməksiz qalan 2 uşaq xilas edilib

Lənkəranda mənzildə köməksiz qalan 2 uşaq  xilas edilib
# 17 aprel 2018 21:58 (UTC +04:00)

Lənkəranda bağlı qapı arxasında köməksiz qalan iki uşaq xilas edilib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə Lənkəran şəhər Şəhidlər Xiyabanı küçəsi 46/4, mənzil 33 ünvanında qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinə iki nəfərin köməksiz vəziyyətdə bağlı qapı arxasında qalması ilə bağlı məlumat daxil olub. Hadisə yerinə gələn xilasetmə qrupu ilkin kəşfİyyat işləri apardıqdan sonra, alət və avadanlıqların köməkliyi ilə qapını açmağa nail olublar.

 

Qapı açıldıqdan sonra məlum olub ki, evdə köməksiz vəziyyətdə qalan 2005-ci il təvəllüdlü Elza Qulu qızı İsazadə və onun qardaşı 2008-ci il təvəllüdlü Lətif Qulu oğlu İsazadədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR