Samux rayon sakinini ilan sancıb

Samux rayon sakinini ilan sancıb
# 29 may 2015 16:29 (UTC +04:00)

Samux. Azər Məmmədli – APA. Samuxda 55 yaşlı qadını ilan sancıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Nəbiağalı qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1960-cı il təvəllüdlü Elza Salam qızı Əsgərova yaşadığı evin həyətyanı sahəsində işləyərkən onu ilan sancıb.

Qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Həkimlər E. Əsgərovanın vəziyyətinin orta-ağır olduğunu bildirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR