Ötən ay Azərbaycanda 0,8% deflyasiya qeydə alınıb

Ötən ay Azərbaycanda 0,8% deflyasiya qeydə alınıb
# 04 avqust 2014 15:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyul ayında ərzaq məhsullarının qiymətləri 2,0% ucuzlaşıb, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,2% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,8% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ay ərzində qarabaşaq yarması, mal, qoyun və toyuq ətləri, balıq məhsulları, süd, günəbaxan yağı, alma, banan, alça, gavalı, şaftalı, qarpız, yemiş, üzüm, kələm, xiyar, pomidor, badımcan, bibər, göy lobya, soğan, sarımsaq, kartof qiymətlərində ucuzlaşma, düyü, un, kərə yağı, yumurta, limon, şabalıd, göyərti, kök, çuğundur, şəkər və şəkər tozu, süfrə duzunun qiymətlərində isə bahalaşma müşahidə olunub.

İyul ayında əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələrinə hava və dəmiryolu sərnişindaşıma tariflərində və eləcə də beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR