Sabah üç rayonun qaz təchizatı məhdudlaşdırılacaq

Sabah üç rayonun qaz təchizatı məhdudlaşdırılacaq
# 28 aprel 2015 14:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Sabah Azərbaycanın bir neçə rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, aprelin 29-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Böyükşor”, “Yaşma” və “Giləzi”, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Ərəbqədim” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində Hacıqabul rayonunun Ərəbqədim, Siyəzən rayonun Yeni Yaşma, Şurabad, Sitalçay, Zarat, Candahar və Qara Siyəzən kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR