Şəkidə çay evi yanıb

Şəkidə çay evi yanıb
# 26 iyun 2016 06:55 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə çay evi yanıb.

Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 03 radələrində şəhərin M. Müşviq küçəsində, səhər sakini Samir Məmmədova məxsus, ümumi sahəsi 150 kv/m olan çay evində yanğın baş verib.

Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində çay evinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanaraq yararsız hala düşüb. Çay evinə bitişik tikilən digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR