"I Avropa Oyunları (Bakı 2015)" mövzusunda açıq loqotip müsabiqəsi elan edilib

"I Avropa Oyunları (Bakı 2015)" mövzusunda açıq loqotip müsabiqəsi elan edilib
# 25 yanvar 2013 15:44 (UTC +04:00)

Bakı-APA. Gənclər və İdman Nazirliyi I Avropa Oyunları (Bakı 2015)" mövzusunda açıq loqotip müsabiqəsi elan edib. Nazirlikdən APA-ya verilən məlumata görə, müsabiqədə dizayn qrafikası sahəsində peşəkar və ya həvəskar olaraq fəaliyyət göstərən hər bir şəxs iştirak edə bilər. İştirakçılara yaş məhdudiyyəti qoyulmur, bir müəllif ən çox 5 iş təqdim edə bilər. Təqdim edilən işlər müsabiqənin mövzusuna uyğun olmalı, müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqotiplər təqdim edilməlidir.

Təqdim olunan loqotiplər aşağıdakılardan ibarət olmalıdır:

- loqotipin ağ-qara həlli

- loqotipin rəngli həlli

- loqotipin rastr qrafik versiyası (*jpeg, *png (ölçüsü 500 kb az olmamaq şərti ilə))

- loqotipin vektor versiyası (*eps, *ai, *cdr (12-ci versiya))

Təqdim olunan işlər və ərizə forması 23 fevral 2013-cü il tarixə kimi elektron formada həm müsabiqənin [email protected] elektron poçt ünvanına, həm də Təşkilat Komitəsinə (cd-r, dvd-r) göndərilməlidir.

Müsabiqənin mükafat fondu aşağıdakı qaydada müəyyənləşdirilib:

  • I yer - 5000 AZN
  • II yer (laureat) - 3000 AZN
  • III yer (laureat) - 2000 AZN

Müsabiqənin Əsasnaməsini, ərizə formasını və daha ətraflı məlumatı www.mys.gov.az internet saytından əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR