Almaniya Bundestaqının deputatı: “Xocalı aeroportu ətrafında gərginlik yaratmaqda Ermənistanın məqsədi Dağlıq Qarabağa olan iddialarını möhkəmləndirməkdir”

Almaniya Bundestaqının deputatı: “Xocalı aeroportu ətrafında gərginlik yaratmaqda Ermənistanın məqsədi Dağlıq Qarabağa olan iddialarını möhkəmləndirməkdir”
# 04 fevral 2013 13:30 (UTC +04:00)

APA-nın məlumatına görə, bu fikirləri Almaniya Bundestaqının Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı partiyaları fraksiyasından millət vəkili, Beynəlxalq Münasibətlər komitəsinin üzvü, Almaniyanın sabiq Federal İqtisadiyyat naziri Mixael Qlosun Ermənistanın Xocalı aeroportu barədə planlarına dair Avropa Azərbaycan Cəmiyyətinin sualını cavanlandırarkən bildirib.

Bundestaq üzvü Almaniya Federativ Respublikasının bu qəti mövqeni dəstəklədiyini bildirib: “Ərazi bütövlüyü prinsipi şübhə altına qoyulmamalıdır. Əks halda, qaçqınlar qayıdışlarına ümidlərini itirəcəklər. Ermənistan hərbi qüvvələri tərəfindən işğal edilmiş ərazilər o insanların vətənidir. Həmin qüvvələr bu ərazilərdən çıxmalıdır.

Azərbaycanın regional əhəmiyyəti Avropa Birliyi səviyyəsində, xüsusilə qeyd olunur. 2010-cu ildən başlayaraq Avropa Birliyi bu dövlət ilə assosiasiya sazişi üzrə danışıqlar aparır. Bundan əlavə, bu region Avropa və Almaniyanın enerji təhlükəsizliyi baxımından xüsusilə vacibdir. İşğal olunmuş rayonlarla bağlı bu münaqişənin sülh yolu ilə həlli daha böyük sabitlik və təhlükəsizliyə hərtərəfli dəstək olacaq”.

Mixael Qlos bildirib ki, sülh prosesinin çətinliklə irəliləməsinin səbəbi münaqişə tərəfləri arasında qarşılıqlı etibarın sarsılmasından irəli gəlir: “Hal-hazırda yeni gərginlik Xocalı aeroportunun planlaşdırılmış açılışına görə yaranıb. Məqsəd, həll yolunun tapılmasındansa, münaqişəni alovlandıran Ermənistanın Dağlıq Qarabağ iddialarını möhkəmləndirməkdir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR