İsrailin nüfuzlu “JewNews” saytında Azərbaycanla bağlı məqalə dərc olunub

İsrailin nüfuzlu “JewNews” saytında Azərbaycanla bağlı məqalə dərc olunub
# 05 dekabr 2014 13:20 (UTC +04:00)

Bakı. Zümürd Paşayeva – APA. İsrailin nüfuzlu “JewNews” saytında Azərbaycanla bağlı məqalə dərc edilib.

APA-nın məlumatına görə, məqalədə Azərbaycanın neft-qaz ixracatçısına çevrilən bir ölkə olduğu qeyd olunub.

“10 il əvvəl bəzi insanlar Azərbaycanın Afrika ölkəsi olduğunu, yaxud da Orta Asiyada yerləşdiyini düşünürdü. Çoxları üçün onun harada yerləşdiyi bir tapmaca idi. Son 10 ildə sürətlə inkişaf edən Azərbaycan bir sıra ölkələr üçün əsas neft-qaz tədarükçüsünə çevrilib. Azərbaycan informasiya texnologiyalarına, sosial sahəyə investisiya qoyan bir ölkədir. Azərbaycan xalqı isə dünyada ən tolerant xalqlardan biridir”.

Məqalə müəllifi Azərbaycanla İsrailin sürətlə inkişaf edən və zəngin tarixə malik, ərazisində münaqişə ocağı olan ölkələr olduğunu qeyd edib: “Gərginliyin hökm sürdüyü regionda ölkə prezidenti İlham Əliyev bütün icmaların Azərbaycan cəmiyyətində yer alması üçün lazımi tədbirlər görür. Azərbaycan rəhbərliyi müsəlmanlarla yəhudilər arasındakı münasibətlərin qurulmasında əlindən gələni edir. Azərbaycan həmişə yeni ideyalara, icmalara və hətta dinlərə açıq olub. Yəhudi icması bu ölkədə müsəlman əhali ilə birgə inkişaf edib”.

Azərbaycan-İsrail əlaqələrinə toxunan məqalə müəllifi onların qədim tarixə malik olduğunu, 1998-ci ildə İsrail baş naziri Benyamin Netanyhunun Azərbaycana tarixi səfərini xatırladıb. Müəllif azərbaycanlıların öz ölkələrində antisemitizm tendensiyasının olmamasından qürur duyduqlarını və bu baxımdan Azərbaycanın digər ölkələrə nümunə ola biləcəyini qeyd edib: “Bu ölkədə etnik azlıqlara qarşı nifrət, dözümsüzlük və fanatizm yoxdur”.

Məqalədə həmçinin Dağlıq Qarabağ münaqişəsinə toxunulub: “Azərbaycan başa düşür ki, problemin güc yolu ilə həlli doğru seçim deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR