Lui Bono Azərbaycana səfər edəcək

Lui Bono

© APA | Lui Bono

# 24 may 2024 08:41 (UTC +04:00)

ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə müşaviri Lui Bono ABŞ-ın sülh prosesinə dəstəyini, davamlı və layiqli sülhə nail olmağın yollarını müzakirə etmək üçün növbəti həftələr ərzində regiona səfər edəcək.

Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyindən Lui Bononun regiona səfəri ilə bağlı APA-nın sorğusuna cavab olaraq bildirilib.

"Cənab Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək üçün əsas maraqlı tərəflərlə görüşməyi planlaşdırır. O, həm Azərbaycana, həm də Ermənistana səfər edəcək.

Biz Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirən istənilən prosesə kömək etməyə hazırıq", - deyə səfirliyin məlumatında bildirilib.

Qeyd edək ki, Lui Bono artıq Ermənistanda səfər edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR