BMT nüvə agentliyinin rəhbəri İrana səfər edəcək

BMT nüvə agentliyinin rəhbəri İrana səfər edəcək
# 15 avqust 2014 16:15 (UTC +04:00)

Bakı - APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Yukiya Amano bazar günü İrana səfər edəcək.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə AEBA məlumat yayıb.

Səfər zamanı İranın nüvə fəaliyyəti ilə bağlı uzun sürən mübahisəli dialoq və əməkdaşlıq məsələlərinin müzakirəsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR