Azərbaycanlı diplomat Kanadanın Karlton Pleys şəhərinin rəmzi olan Beynəlxalq Daş Piramidasının açılış mərasimində iştirak edib - FOTOSESSİYA

Azərbaycanlı diplomat Kanadanın Karlton Pleys şəhərinin rəmzi olan Beynəlxalq Daş Piramidasının açılış mərasimində iştirak edib  - <span style="color: red;">FOTOSESSİYA
# 18 avqust 2014 23:18 (UTC +04:00)

Bakı-APA. Avqustun 16-da Kanadanın Karlton Pleys (Town of Carleton Place) şəhərində bu şəhərin rəmzlərindən biri olan Beynəlxalq Daş Piramidasının (International Cairn) açılış mərasimi keçirilib. Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən xəbərə görə, mərasimdə Azərbaycanın Kanadadakı səfirliyinin müvəqqəti işlər vəkili Ramil Hüseynli iştirak edib.

Qeyd edək ki, dünya ölkələrinin dostluğunun rəmzi kimi qələmə verilən bu abidə yerli vətəndaşlar və səfirliklər tərəfindən ianə edilən daşlardan ibarətdir və 2014-cü ilədək piramida yalnız 20 ölkədən (Cənubi Afrika, ABŞ, Meksika, Çin, Yaponiya, Rusiya, Almaniya, Fransa, Böyük Britaniya, Avstraliya, Polşa, Fransa, “Şotlandiya”, Trinidad və Tobaqo, Keniya, Zimbabve, Kosta Rika, Belçika və İrlandiya) daş parçaları ehtiva edib. Artıq bu ildən Azərbaycan da sözügedən abidəyə töhfə vermiş ölkələr siyahısındadır və Azərbaycanın Qarabağ bölgəsi Quruçay vadisindən kobud çapma aləti bu abidədə yer alıb.

Tədbirin açılışında çıxış edən Karlton Pleys şəhərinin meri Vendi Löblan (Wendy LeBlanc) abidənin formalaşmasına töhfə vermiş 12 ölkə, o cümlədən Azərbaycana təşəkkürünü ifadə edib. O, tədbirdə iştirak edən səfirliklər, o cümlədən Azərbaycan səfirliyinin təqdim etdiyi daş parçasının detalları haqqında iştirakçıları məlumatlandırıb.

Daha sonra tədbirdə iştirak edən Azərbaycan təmsilçisi digər qonaqlarla birgə piramidanın üzərindəki örtüyü götürməklə abidənin rəmzi açılışını edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR