Azərbaycan gələn il BƏƏ və Türkiyədə keçiriləcək hərbi sərgilərdə iştirak edəcək

Azərbaycan gələn il BƏƏ və Türkiyədə keçiriləcək hərbi sərgilərdə iştirak edəcək
# 08 dekabr 2014 10:51 (UTC +04:00)

APA-nın məlumatına görə, Müdafiə Sənayesi Nazirliyi fevral ayının 22-dən 26-dək Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində dünyanın ən böyük müdafiə sərgilərindən olan İDEX-2015 sərgisində iştirak edəcək.

May ayının 5-dən 8-dək isə MSN Türkiyənin İstanbul şəhərində İDEF-2015 sərgisində təmsil olunacaq.

İDEX-2015 təşkilat komitəsindən APA-ya verilən məlumata görə, MSN ilə yanaşı sərgiyə Azərbaycandan nazir və komandanlar səviyyəsində ziyarətçi heyətin qatılacağı gözlənilir.

Qeyd edək ki, MSN İDEX sərgisində ikinci, İDEF sərgisində isə dördüncü dəfə iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR