Gülağa Aslanlı: “Sərbəst Məclis üzvlüyünə 38 yer boş qalıb”

Gülağa Aslanlı: “Sərbəst Məclis üzvlüyünə 38 yer boş qalıb”
# 29 sentyabr 2014 08:48 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Müsavat Partiyasının seçkili orqanlarına keçirilən seçkilərin nəticələri açıqlanıb. Bu barədə APA-ya Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. G. Aslanlı bildirib ki, sərbəst Məclis üzvlüyünə 143 namizəd qeydə alınsa da, onlardan yalnız 42 nəfəri Məclis üzvü seçilib: “Bunlardan 19-u xanım, 23 nəfəri isə kişidir. 38 yer boş qalıb”.

Mərkəzi Nəzarət və Təftiş Komissiyasına (MNTK) qeydə alınan 29 namizəddən yalnız 4-ü seçilib: “Bunlardan 3-ü xanımdır, 1 nəfər isə bəydir. 7 yer isə boş qalıb”.

G. Aslanlı qeyd edib ki, Müsavat Məclisinin növbəti toplantısı oktyabrın 11-də keçiriləcək.

Xatırladaq ki, sentyabrın 27-də Müsavat Partiyasının VIII qurultayı keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR