ABŞ Dövlət Departamenti “Boeing”in Donbasda qəzaya uğramasında yenidən separatçıları günahlandırıb

ABŞ Dövlət Departamenti  “Boeing”in Donbasda qəzaya uğramasında yenidən separatçıları günahlandırıb
# 12 avqust 2015 05:16 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Donbasda Malayziyaya məxsus “Boeing”inin qəzaya uğraması ilə bağlı mövqeyi dəyişməz olaraq qalmaqdadır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner qeyd edib ki, Vaşinqton hələ də təyyarənin qəzaya uğramasında separatçıların günahkar olduğunu hesab edir.

“Əlbəttə biz Niderlandın araşdırmasını dəstəkləyirik, lakin, buna baxmayaraq bizim mövqe dəyişməzdir”, deyə Toner bildirib.

Qeyd edək ki, bundan əvvəl Niderlandın Təhlükəsizlik Şurası faciənin baş verdiyi ərazidə “Buk” zenit-raket sisteminə aid raketin qalıqlarının aşkarlandığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR