Mədəniyyət və Turizm Nazirliyinin iştirak etdiyi IV “Lüsern Dünya Turizm Forumu” başa çatıb

Mədəniyyət və Turizm Nazirliyinin iştirak etdiyi IV “Lüsern Dünya Turizm Forumu” başa çatıb
# 27 aprel 2015 12:21 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. İsveçrənin Lüsern şəhərində Mədəniyyət və Turizm Nazirliyinin qonaq qismində iştirak etdiyi 4-cü “Lüsern Dünya Turizm Forumu” başa çatıb. Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, forum çərçivəsində müxtəlif mövzularda seminarlar, dəyirmi masalar keçirilib, müzakirələr aparılıb və yerli turizm şirkətləri ilə dünyanın müxtəlif ölkələrinin aparıcı turizm şirkətləri arasında biznes görüşlər təşkil olunub.

Forumun ikinci günündə Azərbaycanın turizm potensialına dair keçirilən təqdimatda videoçarx nümayiş olunub.

Videoçarxda Azərbaycanın tarixi, təbiəti və mədəniyyəti, turizm imkanları göstərilib. Şahdağ Turizm Mərkəzi, Tufandağ Qış-Yay Turizm Kompleksi və ölkəmizdə keçiriləcək I Avropa Oyunları haqqında məlumatlar da videoçarxda öz əksini tapıb.

Tədbirin sonunda “Gənc istedadlar” proqramı çərçivəsində turizm sahəsində layihələr təqdim edən gənclər və “Yeni start verilən innovasiyalar” proqramı çərçivəsində turizm sektorunda yeni fəaliyyətə başlayan şirkətlər mükafatlara layiq görülüb.

Forumda Azərbaycanın turizm potensialının təbliği məqsədilə stend quraşdırılıb, iştirakçılara reklam-çap məhsulları təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR