Asiya İnkişaf Bankı Azərbaycan üzrə proqnozlarını dəyişib

Asiya İnkişaf Bankı Azərbaycan üzrə proqnozlarını dəyişib
# 24 mart 2015 19:16 (UTC +04:00)

Bakı - APA-Economics. Asiya İnkişaf Bankının (AİB) proqnozlarına görə, 2015-ci ildə Azərbaycanda ÜDM istehsalı 3% səviyyəsində olacaq.

"APA-Economics"in xəbərinə görə, bu barədə AİB-in açıqladığı hesabatda bildirilir.

Bankın hesablamalarına əsasən, 2016-cı ildə Azərbaycanda ÜDM artımı 2,8% təşkil edəcək.

Cari ildə Azərbaycanda inflyasiya üzrə bankın proqnozu 6%, 2016-cı ildə 5,5% təşkil edib.

Bankın proqnozlarına görə, kənd təsərrüfatı sektorunda bu il 4%, gələn il 5% artım olacaq. Bank mütəxəssisləri hesab edir ki, buna fermerlərə ayrılacaq subsidiyalar yardım edəcək.

AİB hesab edir ki, xidmət sektoru bu il 8%, 2016 ildə isə 6,5% artacaq. Buna səbəb bu il Azərbaycanda İlk Avropa Oyunlarının, növbəti il isə "Formula-1" yarışlarının keçirilməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR