Mixail Yakunin: “Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar “VTB Qrup”a təsirsiz ötüşməyib”

Mixail Yakunin: “Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar “VTB Qrup”a təsirsiz ötüşməyib”
# 14 noyabr 2014 12:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar müəyyən qədər bankların fəaliyyətinə təsir edib.

Bunu “APA-Economics”ə açıqlamasında Rusiyanın “Bank VTB” ASC-nin böyük vitse-prezidenti, törəmə şirkətlər departamentinin rəhbəri Mixail Yakunin deyib.

Onun sözlərinə görə, bu, təbii ki, “Bank VTB” qrupuna təsirsiz ötüşməyib. Buna baxmayaraq, bank MDB ölkələri arasında gələcək fəaliyyətini gücləndirmək niyyətindədir.

“Son iki ildə bankın aktivləri 5 dəfə artıb. Bank uğurla inkişaf edir. Bu bizim tərəfdaşlarımızın hesabına və onlarla qurulmuş uğurlu fəaliyyət sayəsində əldə olunub”, - deyə vitse-prezident qeyd edib.

M. Yakunin deyib ki, “Bank VTB Azərbaycan” Azərbaycan Mərkəzi Bankı (AMB) ilə də sıx əməkdaşlıq edir.

“Düşünürəm ki, yaranmış vəziyyət, xüsusilə Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar bir daha göstərib ki, MDB ölkələri Avrasiya Birliyi ölkələri sayəsində daha sıx işləməyə bizi vadar edir. Bu sanksiyalarla mübarizənin əsas yolunu tərəfdaş ölkələrlə dostluq etməkdir”, - deyə o bildirib.

M. Yakunin bildirib ki, məqsəd müstəqil olmaq və öz hesablama sistemlərini qurmaqdan keçir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR