Azərbaycan prezidenti Tunis prezidentinə  təbrik məktubu göndərib

Azərbaycan prezidenti Tunis prezidentinə  təbrik məktubu göndərib
# 19 mart 2015 16:27 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Tunis Respublikasının prezidenti Beji Kaid əs-Sebsiyə təbrik məktubu göndərib.


APA-nın xəbərinə görə, dövlət başçısı Tunis Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə tunisli həmkarını təbrik edib.

“Ümidvaram ki, Azərbaycanla Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcək” - deyə məktubda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR