Saatlıda fərdi ev yanıb

Saatlıda fərdi ev yanıb
# 21 sentyabr 2015 18:14 (UTC +04:00)

Bakı-APA. Saatlıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Saatlı rayonu, Colpu kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 3 otaq və aynabəddən ibarət evin 1 otaq və aynabəndinin tavanı, dam örtüyü 84 kv.m sahədə, ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR