Bakıda Azərbaycan-Litva işgüzar görüşü keçirilib

Bakıda Azərbaycan-Litva işgüzar görüşü keçirilib
# 05 may 2015 13:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (“Azpromo”) Litva şirkətlərinin nümayəndələrinin iştirakı ilə işgüzar görüş keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Azpromo”nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, xarici investisiyaların ölkə iqtisadiyyatının qeyri-neft sektoruna cəlb edilməsi istiqamətində “Azpromo” tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib və litvalı iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas Azərbaycan-Litva iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyini, litvalı iş adamlarının sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatına böyük maraq göstərdiyini, iki ölkə sahibkarları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yeni əlaqələrin qurulması baxımından ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətini diqqətə çatdırmış, iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb.

Görüşdə sənaye, qida, energetika, tikinti və s. sahələrdə fəaliyyət göstərən Litva şirkətlərinin nümayəndələri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları barədə fikir mübadiləsi aparılmış, qonaqları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR