“Bank of Baku” “Bolkart” sahibləri üçün bayram kampaniyası keçirir

“Bank of Baku” “Bolkart” sahibləri üçün bayram kampaniyası keçirir
# 17 mart 2015 12:35 (UTC +04:00)

Bakı - APA-Economics. “Bank of Baku” Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir və bayram ilə əlaqədar 19-22 mart tarixləri arasında “Bolkart” sahibləri üçün bayram kampaniyasını elan edir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, kampaniyanın şərtlərinə görə qeyd olunan tarixlərdə “3, 6, 12 aya ödə” partnyorlarında alış-veriş edən “Bolkart” sahibləri əlavə olaraq 1 aylıq ödəmə imkanını qazanacaq və beləliklə də 3 aylıq ödəməni 4 aya, 6 aylıq ödəməni 7 aya, 12 aylıq ödəməni isə 13 aya həyata keçirəcək.

“1 aya ödə” partnyorlarında isə “indi al 2 ay sonra” kampaniyası keçərli olacaq. Mart ayında alış-veriş edənlər, ödəməni May ayının 10-dək əlavə xərcsiz etmək imkanını əldə edəcəklər.

“Bolkart”ın keçərli olduğu mağaza və ticarət mərkəzlərinin siyahısı burada: http://www.bolkart.az/?/az/stores/

Bu gün yüzminlərlə Azərbaycan vətəndaşı “Bolkart”dan gündəlik istifadə edib, kartın müxtəlif üstünlüklərindən bəhrələnir.

Ətraflı məlumat: 145 məlumat mərkəzi

www.bolkart.az

www.facebook.com/Bolkart

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR