Bank Of Baku

Putin Kiyevlə ilkin şərt olmadan danışıqlara hazır olduğunu bildirib

Vladimir Putin, Rusiya Prezidenti

© APA | Vladimir Putin, Rusiya Prezidenti

# 26 aprel 2025 18:26 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşdə Moskvanın Ukrayna ilə ilkin şərt olmadan danışıqlara hazır olduğunu bildirib.

APA-nın xəbərinə görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, jurnalistlərə açıqlamasında söyləyib.

Vladimir Putin Rusiya tərəfinin hər hansı ilkin şərt irəli sürmədən Kiyevlə danışıqları bərpa etməyə hazır olduğunu nəzərə çatdırıb.

Bundan əvvəl Rusiya Prezidenti mülki obyektlərə zərbə endirilməməsi ilə bağlı məsələnin ikitərəfli qaydada müzakirəsini təklif edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR