AŞPA-nın yaz sessiyasında Azərbaycanla bağlı müzakirələr olmayacaq

AŞPA-nın yaz sessiyasında Azərbaycanla bağlı müzakirələr olmayacaq
# 02 aprel 2015 10:24 (UTC +04:00)

Bakı. Ülkər Bəkirli - APA. Avropa Şurası Parlament Assambleyasında (AŞPA) iyunun 23-27-də Strasburqda keçiriləcək yay sessiyasında Azərbaycanla bağlı məsələlər müzakirə olunacaq.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov APA-ya açıqlamasında bildirib ki, aprelin 20-24-də keçiriləcək yaz sessiyasında Azərbaycanla bağlı məruzə və müzakirə olmayacaq.

S.Seyidov deyib ki, ilk qaldırılacaq məsələ işğalçı Ermənistanın son zamanlar apardığı provokasiya əməliyyatları və cəbhədə sakitliyin pozulması olacaq: "Həm komitə iclaslarında, həm də yaz sessiyasında bizi narahat edən mövzu Dağlıq Qarabağla bağlı məsələləri gündəmdə saxlamaqdır. Azərbaycanlı girovların hələ də azad olunmaması və cəbhə bölgəsində sakitliyin Ermənistan tərəfindən pozulmasını daim diqqətə çatdırırıq. Dağlıq Qarabağla birgə işğal olunmuş yeddi rayondakı vəziyyətlə bağlı məruzəçinin fəaliyyətinə təkan vermək istiqamətində də işlər gedir".

Qeyd edək ki, AŞPA-nın həmməruzəçiləri Pedro Aqramunt və Tadeus İvinski martın 2-də Azərbaycanda səfərdə olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR