İş adamını qətlə yetirməkdə təqsirli bilinən deputatlığa keçmiş namizədin vəkili məhkəmədə çıxış edib

İş adamını qətlə yetirməkdə təqsirli bilinən deputatlığa keçmiş namizədin vəkili məhkəmədə çıxış edib
# 06 mart 2013 14:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını qətlə yetirməkdə təqsirli bilinən deputatlığa keçmiş namizəd Nadir Orucovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə Nadir Orucovun vəkili müdafiə nitqi ilə çıxış edib. O, bildirib ki, N. Orucovun üzərindən tamah məqsədi ilə adam öldürmə və digər ittihamlar götürülməlidir.


Proses martın 14-də davam etdiriləcək.


Qeyd edək ki, 2011-ci il iyunun 8-də Nəsimi rayonu Hüseyn Seyidzadə, 2A ünvanında deputatlığa keçmiş namizəd Nadir Orucov münaqişə zəminində tanışı Rövşən Rüstəmovu güllələyib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma, gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I seçki dairələrindən deputatlığa namizəd olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR