Gəncə Gil Torpaq İstehsalat Zavodu fəaliyyətini müvəqqəti dayandırıb

Gəncə Gil Torpaq İstehsalat Zavodu fəaliyyətini müvəqqəti dayandırıb
# 15 mart 2013 15:22 (UTC +04:00)

Zavodun direktoru Akif İbişovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə fəaliyyətin dayandırılması rekonstruksiya işi ilə əlaqədardır. O qeyd edib ki, Daşkəsən rayonunda alunit yataqlarından çıxan filizlərin yeni emal üsulunu həyata keçirtmək üçün müəssisədə yeni sexlərin və avadanlıqların işə salınması planlaşdırılır.

“Müəssisə fəaliyyətini dayandırsa da, işçilər əmək haqqı alırlar. Onlar zavodda aparılan başqa təmir tikinti işlərinə cəlb ediliblər”.

Məlumata görə, hazırda Gəncə Gil Torpaq İstehsalat Zavodunda 1000 nəfər çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR