Mahmud Abbas sinaqoqa hücumu pisləyib

Mahmud Abbas sinaqoqa hücumu pisləyib
# 18 noyabr 2014 10:51 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Fələstin prezidenti Mahmud Abbas iki fələstinlinin Qüdsdə sinaqoqa hücumunu pisləyib. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, o, silahsız insanlara qarşı zorakılığa qarşı çıxdığını bəyan edib.

“Prezident dindar yəhudilərə ibadət yerində edilən hücumu pisləyir, bu əməli törədənlərin kim olmasından asılı olmayaraq onları qınayır”, - deyə Fələstin rəhbərliyinin bəyanatında bildirilir.

İsrailin baş naziri Benyamin Netanyahu isə Mahmud Abbası Qüdsdə zorakılığı təbliğ etməkdə günahlandırıb. Netanyahu bəyan edib ki, sinaqoqdakı hücuma görə məsuliyyət HAMAS-ın üzərinə düşür.

Qeyd edək ki, insident Qüdsün (Yerusəlim) qərbində, Har-Nof rayonunda baş verib. Məlumata görə, bıçaq, balta və tapança ilə silahlanmış 2 fələstinli sinaqoqa daxil olaraq ibadət edən şəxslərə hücum ediblər. Dörd yəhudinin həyatına son qoyan hər iki fələstinli polislə qarşıdurma zamanı öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR