Avropa Birliyinin ombudsmanı istefa verəcəyini açıqlayıb

Avropa Birliyinin ombudsmanı istefa verəcəyini açıqlayıb
# 14 mart 2013 11:22 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. Avropa Birliyinin ombudsmanı Nikoforos Diamanduros istefa verəcəyini bildirib. APA-nın məlumatına görə, Avropa parlamentinin prezidenti Martin Şultsa məktub yazan Diamanduros oktyabrın 1-dən istefa vermək niyyətində olduğunu deyib. Ombudsman artıq 10 ildir Avropa Birliyi strukturlarında işlədiyini xatırladıb. Göstərilən etimada görə Martin Şultsa təşəkkür edən Diamanduros ona yeni ombudsmanın seçilməsi prosesinə start verməyi tövsiyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR