Dağıstanda xüsusi əməliyyat zamanı 3 silahlı öldürülüb

Dağıstanda xüsusi əməliyyat zamanı 3 silahlı öldürülüb
# 07 may 2015 21:56 (UTC +04:00)

Bakı-APA. Dağıstanda keçirilən xüsusi əməliyyat zamanı 3 silahlı öldürülüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Milli Antiterror Komitəsinin məlumatında bildirilir.

Əməliyyat Mahaçqalanın mərkəzində çoxmərtəbəli binanın mənzillərindən birində mövqe tutmuş silahlılara qarşı keçirilib.

“Üç silahlı öldürülüb, hadisə yerində silah və sursat aşkarlanıb. Öldürülən silahlılardan ikisi uzun müddət federal axtarışda olublar və “Mahaçqala quldur dəstəsi” adlandırılan qruplaşmanın üzvü olub”, deyə məlumatda bildirilir. .

Əməliyyat zamanı əhali və xüsusi təyinatlılar arasında itki baş verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR