Bank Of Baku

Putin Sumıdakı konqres mərkəzinə raket hücumuna münasibət bildirib

Putin Sumıdakı konqres mərkəzinə raket hücumuna münasibət bildirib
# 21 aprel 2025 18:00 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Sumıdakı konqres mərkəzinə hücuma münasibət bildirib.

APA Rusiya mediasına istinadən xəbər verir ki, Putin bunu “Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində cinayət törətmiş hərbçilərinin orada mükafatlandırılması ilə” izah edib.

Putin Ukraynanın mülki obyektlərdən hərbi məqsədlər üçün istifadə etdiyini iddia edib.

Putinin sözlərinə görə, Sumıdakı konqres mərkəzinə hücum nəticəsində “ukraynalı cinayətkarlar qanuni cəzalarını alıblar”.

Qeyd edək ki, aprelin 13-də Rusiyanın Ukraynanın Sumı şəhərinə endirdiyi ballistik raket zərbəsi nəticəsində 30-dan çox insan həlak olub, yüzlərlə insan yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR