Son on gündə 13 min Azərbaycan vətəndaşı Ərdəbilə səfər edib

Son on gündə 13 min Azərbaycan vətəndaşı Ərdəbilə səfər edib
# 26 mart 2013 13:20 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Ərdəbil vilayətinin Nəqliyyat və Gömrüklər idarəsinin baş müdiri Əbdül Hüseyn Əli Əkbəri açıqlama verib. O bildirib ki, vilayətə ən çox səfər martın 14-23 mart tarixlərində qeydə alınıb: “İdarəmiz bu gömrükdə yerləşən bütün qurum və təşkilatlarla əməkdaşlıq edərək vətəndaşlara layiqli xidmət göstərməyə hazırdır. Vətəndaşların bizdən daha çox razı qalmaları üçün lazımi tədbirlər də nəzərdə tutub. Ötən il mart ayından başlayaraq 11 ay ərzində 862 min 232 nəfər Biləsuvar sərhədini keçərək İrana daxil olub. Bunların 90 faizi xarici, xüsusilə də Azərbaycan vətəndaşlarıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR