“Arşın mal alan” Quşadasında nümayiş etdirilib

“Arşın mal alan” Quşadasında nümayiş etdirilib
# 29 mart 2013 13:54 (UTC +04:00)

Bakı. Aygül Rzayeva – APA. Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Türkiyənin Quşadası şəhərində nümayiş etdirilib. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Azərbaycan Musiqili Komediya Teatrının hazırladığı tamaşa Quşadası Bələdiyyə Məclisinin salonunda göstərilib.

Azərbaycan teatrının Quşadasındakı çıxışı şəhərdə fəaliyyət göstərən “İğdır, Qars və Ərdahanlılar Dərnəyi” tərəfindən Beynəlxalq Teatr Günü münasibətilə təşkil olunub.

Operettanı izləyən yerli tamaşaçılar aktyorları uzun müddət ayaq üstdə alqışlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR