Balakəndə 32 yaşlı qadın itkin düşüb

Balakəndə 32 yaşlı qadın itkin düşüb
# 13 iyul 2014 11:28 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakəndə 32 yaşlı qadın itkin düşüb.

Balakən Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Balakən şəhər sakini Azər Fərman oğlu Süleymanov bacısı, 1982-ci il təvəllüdlü Xumar Fərman qızı Paraxovanın iyulun 11-də yaşadığı evdən naməlum istiqamətə getdiyi və bir daha geri qayıtmadığı barədə Balakən RPŞ-ə yazılı müraciət edib.

Balakən RPŞ-də Xumar Paraxovanın tapılması istiqamətində əməliyyat-axtarış qrupu yaradılıb, axtarış tədbirləri aparılır.

Balakən RPŞ-dən APA-ya onu da bildiriblər ki, X. Paraxova ailəlidir, əsəb xəstəliyindən əziyyət çəkir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR