İsmayıl Seragəldin: “Misir BMT-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin icrasını istəyir”

İsmayıl Seragəldin: “Misir BMT-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin icrasını istəyir”
# 10 aprel 2013 12:08 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. “Misir Azərbaycan torpaqlarının işğal olunması faktını qəbul edir və BMT-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin icra olunmamasına qarşı çıxır”. APA-nın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkil etdiyi Cənubi Qafqaz Forumunda iştirakı planlaşdırılan İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin deyib. O bildirib ki, alimlər həqiqəti gələcək nəsillərə və cəmiyyətə təhrif olunmadan çatdırmalıdır: “İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana olan torpaq iddiaları ilə başlayıb”.

İ. Seragəldin Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunacağına ümid etdiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR