Serbiyada “ASAN xidmət”in təqdimatı keçirilib - FOTO

Serbiyada “ASAN xidmət”in təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 25 may 2015 13:49 (UTC +04:00)

“ASAN xidmət”dən APA-ya verilən məlumata görə, tədbirdə “ASAN xidmət”i Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Konfransda Azərbaycan brendi olan “ASAN xidmət”in yaradılması və fəaliyyət məqsədləri barədə geniş təqdimat keçirilib. Dövlət xidmətlərinin daha effektiv, şəffaf yolla çatdırılmasında, korrupsiyaya qarşı mübarizədə, eyni zamanda elektron hökumət quruculuğunda “ASAN xidmət”in xüsusi rolu qeyd olunub. Şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunduğu deyilib.

Tədbirdə “ASAN xidmət” və GOPAC-la əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və ASAN təcrübəsinin öyrənilməsi istiqamətində davamlı görüşlərin keçirilməsi müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR