Robert Prosineçkinin Azərbaycan yığmasında qazancı açıqlanıb

Robert Prosineçkinin Azərbaycan yığmasında qazancı açıqlanıb
# 25 noyabr 2014 13:44 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, Xorvatiya mətbuatı çalışdırıcının AFFA ilə müqavilə imzalayacağı halda 1,5 milyon dollar qazanacağını iddia edir.


Bu ölkənin tportal.hr saytı 45 yaşlı mütəxəssisin AVRO-2016-nın seçmə mərhələsinin sonunadək yığmamızda çalışmaq üçün məhz bu məbləğə razılaşdığı haqda məlumat yayıb. Yuqoslaviya və Xorvatiya millisinin sabiq futbolçusu olan Prosineçki ilə danışıqlar müsbət yekunlaşsa, onun təyinatı AFFA-nın İcraiyyə Komitəsinin dekabrın 3-də baş tutacaq yığıncağında rəsmiləşəcək.

Qeyd edək ki, son iş yeri Türkiyənin “Kayserispor” klubu olan Prosineçki hazırda ölkəmizdə səfərdədir. O, dünən “Dalğa Arena”da keçirilən “Xəzər Lənkəean” – “Neftçi” qarşılaşmasını (2:2) canlı izləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR