Rusiya İstintaq Komitəsi: Boris Nemtsovun qətlinin əsas versiyası "sifariş"dir

Rusiya İstintaq Komitəsi: Boris Nemtsovun qətlinin əsas versiyası "sifariş"dir
# 28 fevral 2015 00:16 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İdarəsi tərəfindən Rusiya Cinayət Məcəlləsinin 105-ci (Qəsdən adam öldürmə) və 222-ci (Qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İdarəsinin xüsusi nümayəndəsi Yuliya İvanova jurnalistlərə açıqlamasında qətlin fevralın 27-də saat 23:40 radələrində paytaxtın mərkəzində Moskvoretsk körpüsünün yaxınlığında törədildiyini bildirib. Onun sözlərinə görə, naməlum şəxslər ağ rəngli avtomobildən Boris Nemstova 7-8 dəfə atəş açıblar. O, hadisə yerində keçinib. Hazırda qatilin və ya qatillərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir".

İstintaq Komitəsinin xüsusi nümayəndəsi qətlin törədilmə versiyası kimi "sifariş"in əsas götürüldüyünu deyib: "Bir sıra versiyalar üzərində işlənilir. Lakin əsas versiya "sifariş"dir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR