Azərbaycanda dövlətin əmlak maraqlarının qorunması prioritet vəzifə olaraq müəyyən edilib

Azərbaycanda dövlətin əmlak maraqlarının qorunması prioritet vəzifə olaraq müəyyən edilib
# 17 may 2015 15:16 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda dövlətin əmlak maraqlarının qorunması prioritet vəzifə olaraq müəyyənləşib.

APA-nın məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”, “Yanacağın, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırmanın Qaydaları”, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”, “Yeyinti məhsullarına verilən uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin formasının və uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin verilməsi qaydalarının təsdiq edilməsi haqqında” və “Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” qərarlarda müvafiq dəyişiklik edilib.

Məsələn, “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən indiyə qədər insanların sağlamlığına və ətraf mühitə mənfi təsir göstərə bilən digər məhsulların səyyar (mövsümi) ticarət və xidmət zamanı icazə verilməyən yerlərdə satılması qadağan edilib. Dəyişikliyə əsasən bundan sonra dövlətin əmlak maraqlarına mənfi təsir göstərə bilən digər məhsulların səyyar (mövsümi) ticarət və xidmət zamanı icazə verilməyən yerlərdə satılması qadağandır.

“Yanacağın, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırmanın Qaydaları” isə Azərbaycan ərazisində yanacağın, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırma qaydalarını müəyyən edir və sertifikatlaşdırma əhalinin həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəli olan obyektlərin idxalının və istehlakının qarşısını almaq məqsədi ilə keçirilib. Dəyişikliyə əsasən bundan sonra sertifikatlaşdırma insan həyatı, sağlamlığı və ətraf mühitlə bərabər dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran obyektlərin idxalının və istehlakının qarşısını almaq məqsədi ilə keçiriləcək. Eləcə də “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” da bundan sonra həm də dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR