ABŞ-da 8 nəfər dəm qazından zəhərlənərək ölüb

ABŞ-da 8 nəfər dəm qazından zəhərlənərək ölüb
# 07 aprel 2015 02:25 (UTC +04:00)

Bakı-APA. ABŞ-da 8 nəfər dəm qazından zəhərlənərək ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Merilend ştatının Prinsess Ann şəhərində baş verib.

Ölənlərin cəsədləri aprelin 6-da fərdi evlərin birində aşkar edilib. WMDT telekanalının məlumatına əsasən, onlar bir ailənin üzvləri olub – ata və onun 6-dan 16-dək övladları.

Hazırda mütəxəssislər insidentin baş vermə səbəblərini müəyyən etməyə çalışırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR