"Günay Bank" III rübdə aktivlərini kəskin artırıb

"Günay Bank" III rübdə aktivlərini kəskin artırıb
# 29 oktyabr 2015 14:19 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Günay Bank”ın aktivlərinin həcmi 2015-ci ilin III rübündə 94,608 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,16 dəfə çoxdur.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2,18 dəfə artaraq 99,112 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 263 min manat təşkil edib ki, bu da 2014-cü il oktyabrın 1-nə olan göstəriciyə nisbətən 66% azdır.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 3,27% artaraq 2,115 mln. manata çatıb. Vaxtı keçmiş kreditlər ümumi kredit portfelinin 2,13%-ni təşkil edir.

Bankın depozit portfeli hesabat dövrü ərzində 19,7% artaraq 13,793 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 12,463 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 95,05% artım deməkdir.

Bir il ərzində bankın məcmu kapitalı 3,14 dəfə artaraq 63,165 mln. manata çatdığı halda, nizamnamə kapitalı 3,08 dəfə artaraq 64 mln. 910,09 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 2,75 dəfə artaraq 2,449 mln. manat, xərcləri isə təxminən 3,84 dəfə artaraq 1,434 mln. manat olub.

Cari ilin 9 ayını “Günay Bank” 987 min 50 manatlıq zərərlə başa vurub.

Hazırda bankın ölkə üzrə 1 filialı, 1 bankomatı, 4 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR