Səudiyyə Ərəbistanında terrorçuluqda şübhəli bilinən 88 nəfər saxlanılıb

Səudiyyə Ərəbistanında terrorçuluqda şübhəli bilinən 88 nəfər saxlanılıb
# 02 sentyabr 2014 22:45 (UTC +04:00)

Bakı-APA. Səudiyyə Ərəbistanında krallıq ərazisində və xaricində terror aktlarının təşkilində şübhəli bilinən 88 nəfər həbs olunub. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanın DİN-in məlumatında bildirilir.

Məlumatda qeyd olunub ki, həbs olunan şəxslərin əksəriyyəti analoji ittihamlar üzrə əvvəllər həbs cəzasına məhkum edilib.

Həbs olunan şəxslər bir neçə ay ərzində izlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR