Gədəbəy sakini bıçaqlanıb

Gədəbəy sakini bıçaqlanıb
# 20 iyun 2016 21:34 (UTC +04:00)

Gədəbəy. Azər Məmmədli – APA. Gədəbəydə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qumlu kənd sakini, 1981-ci il təvəllüdlü Niyaməddin Kərimov döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə əvvəlcə Gədəbəy rayon Mərkəzi xəstəxanasına, daha sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Dərhal əməliyyat olunan yaralının vəziyyəti orta ağır qiymətləndirilir.

N. Kərimovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR