Paşha Bank
Bank Of Baku

Rəsmi Moskva: Ust-Luqa neft terminalına zərbələr Baltikyanı ölkələrdən endirilib

Rəsmi Moskva: Ust-Luqa neft terminalına zərbələr Baltikyanı ölkələrdən endirilib
# 23 noyabr 2026 14:37 (UTC +04:00)

Leninqrad vilayətindəki Ust-Luqa neft terminalına zərbələr Baltikyanı ölkələrdən endirilib.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Pilotsuz Həllər Mərkəzinin baş direktoru və baş dizayneri Dmitri Kuzyakin bildirib.

Onun sözlərinə görə, dronlar ya Litvadan, ya da Latviyadan endirilib.

"Sual dronların haradan buraxılmasıdır. Çünki, əldə etdiyimiz məlumata görə, Polşada hava hücumu siqnalı verilməyib və partlayıcı maddələrin miqdarını yanacaq miqdarı ilə müqayisə etdikdə, dronların ya Litvada, ya da Latviyada haradansa buraxıldığına inanmaq üçün əsas var", - Rusiya rəsmisi vurğulayıb.

Qeyd edək kk,11 noyabr gecəsi Rusiya hava hücumundan müdafiə qüvvələri Leninqrad vilayəti üzərində rekord sayda 150 dron vurub. Bu, xüsusi hərbi əməliyyat başlayandan bəri regiona edilən ən böyük hücum olub. Zərbələr Ust-Luqa liman ərazisini hədəf alıb. Nəticədə yanğın baş verib və üç işçi yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR